Bakı. Trend:
Çin ABŞ və Böyük Britaniya donanmalarının Tayvan boğazında təxribat xarakterli hərəkətlər etdiyini qeydə alıb.
Trend-in məlumatına görə, bunu Çin Xalq Azadlıq Ordusunun (AXO) şərq bölgəsi üzrə döyüş komandanlığının rəsmi nümayəndəsi polkovnik Şi İ deyib.
O qeyd edib ki, cümə günü Amerikanın USS Higgins esminesi və Britaniyanın HMS Richmond freqatı həmin sulardan keçib və bu, narahatlıq yaradan hərəkətlər hesab olunur.
Polkovnik əlavə edib ki, şərq bölgəsi üzrə döyüş komandanlığı gəmilərin hərəkətini izləmək üçün dəniz və hava qüvvələrini səfərbər edib və vəziyyətə effektiv cavab verilib.
Şi İ vurğulayıb: “ABŞ və Böyük Britaniya bu cür hərəkətlərlə Taypeydəki separatçı qüvvələrə səhv siqnallar göndərir və Tayvan boğazında sülh və sabitliyi pozur.”