Bakı. Trend:
Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan United Airlines təyyarəsi Yaponiyanın Kansay hava limanında məcburi eniş edib.
Trend-in NHK telekanalına istinadən məlumatına görə, hadisə zamanı təyyarə 10.000 m yüksəklikdə, Vakayama prefekturasının sahillərindən 200 km aralıda olarkən yük anbarında mümkün yanğın barədə xəbərdarlıq siqnalı işə düşüb. Ekipaj təhlükəsizlik məqsədilə Kansay hava limanına təcili eniş qərarı verib.
Enişdən sonra sərnişinlər şişmə slaydlar vasitəsilə təxliyə olunub. Nəticədə 5 nəfər yüngül bədən xəsarətləri alıb. Yanğın söndürülməyib, uçuş-enmə zolaqları bir neçə saat bağlı qalsa da, daha sonra hava limanı tam fəaliyyətini bərpa edib.