Bakı. Trend:
Polşa işsiz əcnəbiləri sosial müavinət və dövlət səhiyyə xidmətindən məhrum edib.
Trend-in məlumatına görə, ailə müavinətləri və dövlət səhiyyə xidmətləri yalnız Polşada peşəkar fəaliyyət göstərən əcnəbilərə şamil ediləcək.
Yeni qaydalar bütün əcnəbilərə aid olsa da, xüsusilə ölkədəki ukraynalı qaçqınlara təsir göstərəcək.
Parlamentin bəyanatında qeyd olunub: “Seym əcnəbilər üçün sosial müavinətlər haqqında qanun qəbul edib. O, ailə müavinətlərinin və ya dövlət səhiyyə xidmətinə çıxışın yalnız Polşada peşəkar fəaliyyət göstərən əcnəbilərə veriləcəyini nəzərdə tutur”.