...

FİFA milli komandaların təqvimində dəyişiklik etməyi planlaşdırır

İdman Materials 13 Sentyabr 2025 07:23 (UTC +04:00)
FİFA milli komandaların təqvimində dəyişiklik etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli komandaların oyunları üçün mövcud beynəlxalq təqvimdə dəyişiklik etməyə hazırlaşır.

Trend xəbər verir ki, hazırda payızda üç ayrı fasilə mövcuddur – sentyabr, oktyabr və noyabr aylarında. 2026-cı ildən etibarən isə FİFA sentyabr və oktyabr aylarında keçirilən fasilələri birləşdirərək 16 gün davam edən vahid pəncərə yaratmağı planlaşdırır.

Yeni təqvimə görə, milli komandaların növbəti beynəlxalq oyunlar üçün ilk fasiləsi 2026-cı il sentyabrın 21-dən oktyabrın 6-dək davam edəcək. Bu müddətdə yığmalar dörd oyun keçirə biləcəklər.

Noyabrda isə beynəlxalq fasilə 9-17 tarixlərini əhatə edəcək və hər komanda iki qarşılaşma oynayacaq.

Xəbər lenti

Xəbər lenti