...

Tramp Qətərin baş naziri ilə görüşüb

Dünya xəbərləri Materials 13 Sentyabr 2025 09:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp sentyabrın 12-də Qətərin baş naziri, Xarici işlər nazirliyinin rəhbəri Muhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev rəsmisi görüşdə hansı mövzuların müzakirə olunduğunu bildirməyib.

Bundan əvvəl “Politico” nəşri Qətər baş nazirinin Nyu-York və Vaşinqtona səfər edəcəyi, Ağ Ev rəhbəri Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio ilə görüşlər keçirəcəyini yazırdı. Nəşrin yazdığına görə, tərəflər başlıca olaraq İsrailin Dohaya endirdiyi aviazərbələri, həmçinin Qəzza bölgəsində atəşkəslə bağlı danışıqları müzakirə etməli idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti