Bakı. Trend:
Misli Premyer Liqasında IV turun oyunları davam edir.
Trend-in məlumatına görə, günün ilk qarşılaşmasında turnir cədvəlində altıncı pillədə qərarlaşan “İmişli” doğma meydanda “Sumqayıt” ilə üz-üzə gələcək. Görüş saat 16:30-da start götürəcək.
Daha sonra “Turan” öz meydanında “Qəbələ" ilə üz-üzə gələcək. Bu oyun isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın IV turuna sentyabrın 14-də yekun vurulacaq.
16:30. “İmişli” - “Sumqayıt”
19:00. “Turan” - “Qəbələ"