...

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2025 11:05 (UTC +04:00)
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa, tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olan linklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti