Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana TOGG elektromobilinin yeni modeli “T10F” hədiyyə edilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Yeni T10F ilə Dolmabahçe iqamətgahında sınaq yürüşü edən Prezident Ərdoğanı Türkiyənin Sənaye və Texnologiya naziri Fatih Kacır da müşayiət edib.
Sınaq yürüşü zamanı prezident yeni modelin özəllikləri barədə məlumatlandırılıb.
Togg-un yeni modeli olan “T10F”u sentyabrın 15-də Türkiyədən, sentyabrın 29-da isə Almaniyadan öncədən sifariş etmək olacaq.