...

Növbəti depozit hərracı keçirilib

İqtisadiyyat Materials 13 Sentyabr 2025 10:59 (UTC +04:00)
Növbəti depozit hərracı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 12-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Trend xəbər verir ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 450,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7,00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti