Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Asiya İnkişaf Bankı (AİB) arasında texniki yardım sazişi (TAS) üzrə razılaşdırılmış sənəd imzalanaraq tərəflərin öhdəlikləri rəsmiləşdirilib.
Trend xəbər
verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və AİB-in Azərbaycan
üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüş
çərçivəsində imzalanıb.
Agentlik tərəfindən görüşdə sədr Zaur Mikayılov, sədrin birinci
müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov və
Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad
Axundzadə iştirak ediblər.
Görüşdə Asiya İnkişaf Bankını Azərbaycan üzrə ölkə direktoru
Sunniya Durrani-Camal, Regional Direktor, Özəl Sektorun İnkişafı
üzrə Enriko Pinali, Direktor, Bazarların İnkişafı və PPP Ofisi üzrə
Məhəmməd Azim Haşimi, Böyük Bazar İnkişafı üzrə Məsləhətçi
Mütəxəssis Masayuki Kanda, Özəl Sektorun İnkişafı üzrə Baş
İnzibatçı Sənan Şabanov və Konsultant Ramazan Səmədov təmsil
ediblər.
Görüş zamanı Azərbaycan Respublikasında dövlət–özəl tərəfdaşlığı
(PPP) sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf
Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib.
Həmçinin texniki yardım sazişi (TAS) üzrə razılaşdırılmış sənəd
imzalanaraq tərəflərin öhdəlikləri rəsmiləşdirilib.