Bakı. Trend:
Bu gün Avropanın aparıcı çempionatlarında turun ilk görüşləri keçirilib.
Trend xəbər verir ki, İspaniya La Liqasının IV turunda “Sevilya” öz meydanında “Elçe” ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Sevilya” xallarını 4-ə çatdırıb, “Elçe” isə 6 xalla mövsümə davam edir.
Almaniya Bundesliqasında isə III turun ilk qarşılaşması oynanılıb. “Bayer” evdə “Ayntraxt”ı qəbul edib və 3:1 hesablı qələbə qazanıb. Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında ilk oyununda qalibiyyət əldə edib. Qələbə sayəsində “Bayer”in xalı 4-ə yüksəlib, “Ayntraxt” isə 6 xalda qalıb.
Fransa Liqa 1-də də 4-cü tura start verilib.
“Loryan” “Marsel”in qonağı olub. Oyun 4:0 "Marsel"in xeyrinə başa çatıb. Bu qələbədən sonra meydan sahibləri 6 xal tolpayıblar. "Loryan"ın isə cəmi 3 xalı var.