Bakı. Trend:
2024-cü ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 50% artaraq 6 mini ötüb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bəyanatda vurğulanıb ki, 2024-cü ildə qeydə alınan vəba hadisələrinin sayı 2023-cü illə müqayisədə 5%, ölənlərin sayı isə 50% çox olub.
ÜST-ün hesabatına əsasən, ötən il qarşısının alınması və müalicəsi mümkün olan xəstəlikdən 6 mindən çox insan həyatını itirib.
Məlumata görə, 2024-cü ildə vəba halları 60 ölkədə qeydə alınıb (2023-cü ildə bu rəqəm 45 ölkə olub). Hadisələrin 98%-i Afrika, Yaxın Şərq və Asiya ölkələrində baş verib.