Bakı. Trend:
Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini rəsmi olaraq 2026-cı il martın 15-nə qədər uzadıb.
Trend-in məlumatına görə, bu barədə məlumat press-relizdə qeyd olunub.
Press-relizdə bildirilib: “Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə uzadılması barədə qərar qəbul edib.”
Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunur. Aİ əlavə olaraq Rusiyaya təzyiqləri artırmağa və yeni sanksiyalar tətbiq etməyə hazırdır.