Bakı. Trend:
Riqada (Latviya) 2025-ci il basketbol üzrə Avropa çempionatının yarımfinal oyunu Yunanıstan və Türkiyə milli komandaları arasında keçirilib.
Trend-in məlumatına görə, qarşılaşma 94:68 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb və beləliklə, Türkiyə komandası finala yüksəlib.
Türkiyə millisində ən məhsuldar oyunçu 27 yaşlı mərkəz Ercan Osmani olub. O, 28 xal, 6 ribaund və 2 məhsuldar ötürmə ilə fərqlənib. Yunanıstan yığmasında isə ən məhsuldar oyunçu 35 yaşlı qolçu Kostas Sloukas olub; o, 15 xal, 3 ribaund və 4 məhsuldar ötürmə edib.
Finalda Türkiyə Almaniya ilə qarşılaşacaq.