Bakı. Trend:
ABŞ-da siyasi fəal Çarli Kirkin qətlində onun fəaliyyətinə mane olmaq istəyən şəxslər cavabdehdir.
Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, bunu bir neçə gün əvvəl ictimaiyyət qarşısında çıxış edən zaman sui-qəsd qurbanı olmuş Kirkin həyat yoldaşı Erika Kirk bildirib.
“Ərimə qarşı bu qətldə günahkar olan canilər nə etdiklərini belə anlamırlar. Onlar Çarlini vətənpərvərliyi, imanı və mərhəmət dolu ilahi sevgini təbliğ etdiyi üçün öldürdülər”, -deyə o, 12 sentyabrda ərinin qətlindən sonra etdiyi ilk çıxışında deyib.
Erika Kirk əminliyini ifadə edib ki, həyat yoldaşının ölümü ölkədəki konservativ ictimai hərəkatı daha da gücləndirəcək. “Əgər əvvəllər ərimin fəaliyyətinin böyük təsir göstərdiyini düşünürdünüzsə, indi bütün ölkə üzrə nələri oyatdığınızı təsəvvür belə edə bilməzsiniz”, - deyə o, Çarli Kirkin əleyhdarlarına müraciət edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Trampın öz “mənəvi oğlu” adlandırdığı siyasi fəal Çarli Kirk Yuta Universitetində tələbələr qarşısında çıxış edən zaman snayper atəşinə tuş gəlib:boyun nayihəsindən aldığı ölümcül yaradan, çox keçmədən həyatını itirib.