Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində yerləşən xüsusi sənaye zonada güclü yanğın baş verib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Yanğın nəticəsində 2 yanacaq sistemi, 2 iş maşını və bəzi konteynerlər alışaraq yanıb.
Yanğın bu gecə Bakı vaxtı ilə 02:15 radələrində Arnavutköyün Deliklikaya məhəlləsi, Şəkər küçəsində yerləşən xüsusi sənaye zonasında baş verib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis, təcili tibbi yardım briqadaları göndərilib.
Yanğının yayılması səbəbindən onu nəzarət altına almaq xeyli müddət vaxt aparıb. Polis əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Yanğın söndürüldükdən sonra onun səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.