...

Bakıda oğurluq edənlər tutuldu

Hadisə Materials 13 Sentyabr 2025 14:00 (UTC +04:00)
Bakıda oğurluq edənlər tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.

Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti