...

İsrail ordusu havadan Qəzza sakinlərinin təxliyəsini tələb edən vərəqələr atıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2025 14:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu havadan Qəzza bölgəsində olan sakinlərin anklavın qərb rayonlarından təxliyə olunması ilə bağlı xəbərdarlıq vərəqələri buraxıb.

Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusu sizin olduğunuz ərazidə çox intensiv döyüş əməliyyatları keçirir və HƏMAS-ı parçalayıb məğlub etməkdə qətiyyətlidir.

Öz təhlükəsizliyiniz məqsədilə, dərhal Qəzza vadisinin cənubundan Əl-Rəşid küçəsi ilə təxliyə olunun. Siz xəbərdar olundunuz! ", - deyə vərəqələrdə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti