...

Azərbaycan Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında təmsil olunacaq

Cəmiyyət Materials 13 Sentyabr 2025 13:35 (UTC +04:00)
Azərbaycan Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında təmsil olunacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, zəngin səfər proqramı çərçivəsində A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabrın 17-də QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək.

Sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxış edəcək A.Paşazadə gənclərə xitab edərək xeyir-dua verəcək.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək naminə sinerji”dir.

A.Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti