Bakı. Trend:
Son günlərdə Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəmi qəzası nəticəsində təxminən 200 nəfər həyatını itirib.
Trend-in RFI-yə istinadən məlumatına görə, ilk faciə Ekvator əyalətində – Nsolo və Marinqa çaylarının qovşağında baş verib. Burada 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb, yalnız səkkiz nəfər xilas edilib.
Ertəsi gün axşam Konqo çayında digər gəmi yanaraq çevrilib. Nəticədə daha 100 nəfər həlak olub, 209 sərnişin isə sahilə çata bilib.
Qeyd edək ki, ölkədə geniş avtomobil və dəmir yolu infrastrukturunun olmaması səbəbindən su nəqliyyatı əsas hərəkət vasitəsi sayılır.