...

Almaniyada biotullantıların düzgün çeşidlənməsinə nəzarət gücləndirilir

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 03:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-dən Almaniyada biotullantıların qablarının kütləvi yoxlanılmasına başlanacaq.

Trend xəbər verir ki, yüzdən çox tullantı daşıyan şirkət sakinlərin üzvi tullantıları düzgün çeşidləməsini təmin edəcək.

Yazda qüvvəyə minən yeni ekoloji qaydalara əsasən, biotullantıların tərkibində xarici çirklərin miqdarı 3%-dən, plastik isə 1%-dən çox olmamalıdır.

Yoxlamalar tullantı qablarını toplayan işçilər tərəfindən aparılacaq. Bəzi ərazilərdə isə zibil maşınları düzgün çeşidlənməni müəyyənləşdirən sensorlarla təchiz edilib.

Qanun pozuntularına görə müxtəlif sanksiyalar tətbiq olunacaq: bəzi yerlərdə konteynerlər çeşidlənənədək çıxarılmayacaq, digərlərində isə əlavə xərclərlə xüsusi çıxarılacaq. Məsələn, Baden-Vürtemberqdə standart konteynerin utilizasiyası 84 avroya başa gəlir. Təkrar pozuntulara görə isə inzibati iş açılması mümkündür.

Bu tədbirlər vasitəsilə ölkə rəhbərliyi kompostda plastik və digər yad tullantıların miqdarını azaltmağı hədəfləyir.

Xəbər lenti

Xəbər lenti