...

“Falcon 9” raketi “Cygnus XL” yük gəmisi ilə BKS-ə buraxılıb

Turizm Materials 15 Sentyabr 2025 05:32 (UTC +04:00)
“Falcon 9” raketi “Cygnus XL” yük gəmisi ilə BKS-ə buraxılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi “Northrop Grumman” korporasiyasının yeni yük gəmisi “Cygnus XL” ilə birlikdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) tədarükləri artırmaq məqsədilə Kanaveral burnundan (Florida) uğurla buraxılıb.

Trend xəbər verir ki, buraxılış bazar günü yerli vaxtla saat 18:11-də baş tutub və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında canlı yayımlanıb.

Gəminin sentyabrın 17-də orbital stansiyaya avtonom şəkildə yanaşacağı gözlənilir.

Qeyd edək ki, BKS-ə yüklər həmçinin “SpaceX”in “Cargo Dragon” gəmiləri ilə də çatdırılır. Bu kapsullar atmosferin sıx təbəqələrində yanmadan Yerə qayıtdıqları üçün stansiyadan lazımi yüklərin geri gətirilməsi imkanını da təmin edirlər.

Xəbər lenti

Xəbər lenti