...

Avropada sığınacaq istəyənlərin sayı azalıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 05:48 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin birinci yarısında Avropa İttifaqı, İsveç və Norveçdə sığınacaq üçün müraciət edənlərin sayı 25 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Sığınacaq Agentliyi məlumat yayıb.

Agentlik bu azalmanı Suriyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə izah edib. Son 10 ildə Avropadan sığınacaq istəyənlərin arasında ilk yerdə suriyalılar gəlib. Lakin bu il qitədə sığınacaq müraciəti edən Suriya vətəndaşlarının sayı yarıbayarı azalıb.

Son 3 ayda isə vətənə qayıdan suriyalıların sayı artır.

Xəbər lenti

Xəbər lenti