...

Yer Günəşdəki tac dəliyindən çıxan küləyin təsirinə düşüb

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 23:47 (UTC +04:00)
Yer Günəşdəki tac dəliyindən çıxan küləyin təsirinə düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yer tac dəliyinin yaratdığı günəş küləyindən təsirlənməyə başlayıb, lakin bu proses gözləniləndən təxminən bir gün gec baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Məlumata görə, Yer Bakı vaxtı ilə saat 18:00-da tac dəliyinin sərhədini keçməyə başlayıb.

“Hazırda Günəşdə müşahidə edilən tac dəliyinin ölçüsünə görə onun hansısa yolla yan keçməsi absurd görünürdü. Əsas sual dəliyin içində plazma parametrlərinin necə olması və ən əsası oradakı küləyin sürəti idi”, – deyə laboratoriya qeyd edib.

Alimlərin proqnozuna görə, yaxın saatlarda günəş küləyinin sürəti artacaq və Yer planeti ən azı 4-5 gün ərzində bu axının təsiri altında qalacaq.

Xəbər lenti

Xəbər lenti