...

Ağdamda minik avtomobili traktora çırpılıb, yaralılar var​​​​​​ (YENİLƏNİB)

Hadisə Materials 13 Sentyabr 2025 22:00 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, onlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.

Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.

XXX

21:19

Minik avtomobili traktora çırpılıb, yaralılar var.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib. "Hunday" markalı minik maşının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilir:

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti