...

Bu marşrut avtobusları yenilənir

Cəmiyyət Materials 13 Sentyabr 2025 16:35 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha iki müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan Trend-ə bildirilib ki, 157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans" MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 AZN təşkil edəcək.

Hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti