...

Azərbaycan millisi Avropa çempionatının yarımfinalında uduzdu

İdman Materials 13 Sentyabr 2025 15:13 (UTC +04:00)
Azərbaycan millisi Avropa çempionatının yarımfinalında uduzdu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatında (EBSL) növbəti oyununu keçirib.

Trend xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Azərbaycan yığması 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti