...

Serbiyada rəngli inqilab iflasa uğrayacaq - Vuçiç

Dünya xəbərləri Materials 13 Sentyabr 2025 22:35 (UTC +04:00)
Serbiyada rəngli inqilab iflasa uğrayacaq - Vuçiç

Bakı. Trend:

Serbiyada rəngli inqilab cəhdi uğursuz oldu.

Trend xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Dövlət başçısı bildirib ki, ölkədə insanlar sadəcə olaraq normal yaşamaq, heç kim tərəfindən təzyiqə məruz qalmamaq, azad olmaq və hamı ilə eyni hüquqlara sahib olmaq istəyirlər: “Onlar rəngli inqilabın iflasa uğrayacağını başa düşməlidirlər. Hamımız birləşməli və ölkəni irəli aparmalıyıq”.

Qeyd edək ki, Serbiyada 140-dan çox yaşayış məntəqəsində vətəndaşlar tələbə aksiyalarına və blokadalara qarşı yürüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti