Bakı. Trend:
“Mançester Yunayted” bu mövsüm müntəzəm olaraq həftə ortası beynəlxalq yoldaşlıq oyunları keçirməyi düşünür.
Trend “The Sun”a istinadən xəbər verir ki, avrokuboklardan kənar qalan Mançester təmsilçisi yükləmələrdən uzaq olacaq.
Kubokda isə “Qrimsbi Toun”a uduzduqdan sonra “Mançester Yunayted” dekabr ayına qədər Premyer Liqada həftə ortası oyun keçirməyəcək.
Buna görə də, məşqçilər korpusu komandanın bu mövsüm avrokuboklardan uzaq düşən Avropa klublarına qarşı yoldaşlıq oyunları keçirmək qərarı verib.
İngiltərə klubu “Milan”, “Leyptsiq”, “Latsio” və “Sevilya” kimi klublarla qarşılaşacaq.