...

Danimarka hökuməti Ukraynaya raket yanacağı zavodu tikməyə icazə verib

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 15:04 (UTC +04:00)

Bakı. Trend:

Danimarka hökuməti qanun və qaydaları pozaraq, Ukrayna şirkətinə Ukraynanın ən güclü raketləri üçün bərk yanacaqla işləyən raket komponentləri zavodu tikməyə icazə verəcək.

Trend-in məlumatına görə, bu barədə Danimarkanın "DR" yayım şirkəti bildirib.

"Ukrainian Fire Point" şirkəti Skridstrupda Ukraynanın ən güclü raketlərinin bəziləri üçün vacib komponent olan bərk raket yanacağı istehsal edə biləcək zavod tikəcək. Eyni zamanda, zavodu mümkün qədər tez işə salmaq üçün 20-dən çox müxtəlif qayda və qanunlara məhəl qoyulmayacaq", - deyə qeyd olunub.

Bildirilib ki, hökumətin planları Danimarka Biznes İdarəsinin məsləhətləşmələr üçün göndərdiyi icra fərmanı layihəsində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti