...

Azərbaycan güləşçisi dünya çempionatında yarımfınala yüksəlib

İdman Materials 14 Sentyabr 2025 18:18 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya çempionatında yarımfınala yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, o, 1/4 final qarşılaşmasında Olimpiya mükafatçısı və üçqat Avropa çempionu yunanıstanlı Daulen Kuruglievi 2:0 hesabı ilə məğlub edib.

Digər azərbaycanlı sərbəst güləşçi Cəbrayıl Hacıyev (79 kq) isə yarımfinala yüksələ bilməyib. O, yunanıstanlı Avropa çempionu Georgios Kougimitsidisə 0:8 hesabı ilə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti