Bakı. Trend:
Britaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın gələn həftə səfəri zamanı ABŞ ilə texnologiya sahəsində müqavilə imzalamaq niyyətindədir.
Trend xəbər verir ki, bu haqda “Bloomberg“ ölkənin Elm, İnnovasiya və Texnologiyalar Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Böyük Britaniya Trampın gələn həftə səfəri zamanı ABŞ-la innovativ texnologiya müqaviləsi imzalamağa hazırdır”, – məlumatda deyilir.