...

Rusiyada neft emalı zavoduna dron hücumu olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 08:23 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Trend xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, müəssisə ərazisində üç dron məhv edilib. Hücumdan sonra zavodun ərazisinə dron qalıqlarının düşməsi nəticəsində yanğın yaranıb. Qubernator qeyd edib ki, yanğın artıq söndürülüb və xəsarət alan olmayıb.

Xatırladaq ki, "Kirişinefteorgsintez" (KINEF) Rusiyanın ən iri neft emalı zavodlarından biridir. Müəssisə Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir və "Surgutnefteqaz" şirkətinə məxsus törəmə qurumdur. Zavodun illik emal gücü 10 milyon tondan artıqdır və burada benzin, dizel, aviasiya yanacağı və digər neft məhsulları istehsal olunur.

Xəbər lenti

Xəbər lenti