...

Bakıda güləş üzrə U-17 dünya çempionatı keçiriləcək

İdman Materials 14 Sentyabr 2025 10:45 (UTC +04:00)
Bakıda güləş üzrə U-17 dünya çempionatı keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti