Bakı. Trend:
Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi nümayəndəsi məlumat verib. Baş nazir Sifi Qrebin rəhbərlik etdiyi kabinetə 10 yeni nazir daxil edilib.
“Respublika prezidenti Əbdülməcid Tebbun bazar günü baş nazir Sifi Qrebin başçılıq etdiyi yeni hökumətin üzvlərini təyin edib”, – məlumatda bildirilib.