...

Kolumbiyada 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 14:18 (UTC +04:00)
Kolumbiyada 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kolumbiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Frontino şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti