...

İspaniya hökuməti 53 min qanunsuz turizm mənzilini bazardan çıxarır

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 00:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hökuməti ölkədə artmaqda olan mənzil çatışmazlığının qarşısını almaq məqsədilə 53 min 876 qanunsuz turizm mənzilinin onlayn platformalardan silinməsini qərara alıb.

Trend xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes Malaqada keçirilən partiya tədbirində bildirib.

O qeyd edib ki, həmin mənzillər yaxın vaxtlarda adi mənzil bazarına qaytarılacaq və gənclər və ailələr üçün istifadəyə veriləcək. Silinməyə məruz qalan mənzillər, məcburi qeydiyyat nömrəsi üçün müraciət etmiş, lakin qanuni tələblərə cavab vermədiyi üçün nömrə almayan obyektlərdir.

Ən çox qanunsuz mənzil aşkarlanmış şəhərlər Sevilya (2 289), Marbella (1 802), Barselona (1 564), Malaqa (1 471) və Madrid (1 257) olub. Mənzil Nazirliyi artıq müvafiq platformaları bu barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti