...

Estoniya Ukraynaya hərbi dəstək verməyə davam edəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 22:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya Ukraynaya 100 milyon avrodan çox məbləğdə dəstək ayıracaq və bunun əsas hissəsi Estoniya silahlarının tədarükünə yönəldiləcək.

Trend-in məlumatına görə, bu barədə Estoniya Müdafiə Nazirliyinin saytında bildirilib.

Müdafiə naziri Hanno Pevkur ukraynalı həmkarı Denis Şmıxal ilə görüşdə qeyd edib ki, Estoniya müdafiə sənayesi şirkətləri gələn il də mühüm rol oynayacaq:

"Biz Ukraynanın hərbi ehtiyaclarını rəhbər tuturuq. Bundan əlavə, ukraynalıların təliminə və müdafiə sektorunda İT həllərinin dəstəklənməsinə davam edəcəyik", – Pevkur vurğulayıb.

Nazirin sözlərinə görə, Estoniya hər il ÜDM-nin 0,25%-ni Ukraynaya dəstək üçün ayırır.

Xəbər lenti

Xəbər lenti