...

Çexiyanın xüsusi əməliyyat helikopter bölməsi Polşaya göndərilir

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 21:11 (UTC +04:00)
Çexiyanın xüsusi əməliyyat helikopter bölməsi Polşaya göndərilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın xüsusi əməliyyatlar helikopter bölməsi yaxın saatlarda Polşaya yerləşdiriləcək.

Trend-in məlumatına görə, müdafiə naziri Yana Çernohovanın açıqlamasına əsasən, bölməyə üç Mi-171Š helikopteri və təxminən 150 hərbçi daxildir. Missiya üç aydan çox olmayacaq və hərbçilər bir neçə gün ərzində tapşırıqlarını icra etməyə başlayacaqlar.

Nazir qeyd edib ki, qüvvələrin göndərilməsi bundan əvvəl Deputatlar Palatası tərəfindən təsdiqlənmiş və 2026-cı ilə qədər qüvvədə olacaq mandat çərçivəsində həyata keçirilir. Bu addım NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlıdır.

Xatırladaq ki, ötən həftə NATO-nun Baş katibi Mark Rütte “Eastern Sentry” (“Şərq keşikçisi”) əməliyyatının başlandığını açıqlamışdı. Çexiya isə hələ ki, bu əməliyyata qoşulmayıb, çünki bunun üçün parlamentin hər iki palatasında yeni mandatın təsdiqi tələb olunur.

Artırılan təhlükəsizlik tədbirləri Polşanın hava məkanının pozulması ilə bağlıdır. Qeyd edək ki, ötən həftə 19 dron uçuşu qeydə alınıb. ABŞ Prezidenti Donald Tramp bunu “mümkün səhv” adlandırsa da, Varşava, Berlin, Brüssel və Kiyev hadisəni qəsdən addım kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti