...

Türkiyə beynəlxalq axtarışa verilən 8 nəfəri ölkəyə gətizdirib

Dünya xəbərləri Materials 14 Sentyabr 2025 19:25 (UTC +04:00)
Türkiyə beynəlxalq axtarışa verilən 8 nəfəri ölkəyə gətizdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarılan 8 nəfərin ölkəyə gətirildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

A.Yerlikaya cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya olunduğunu bildirib.

Onun sözlərinə görə, Ankaranın müraciəti əsasında Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi.

Nazir vurğulayıb ki, axtarışda olan heç bir cinayətkar ədalətdən yayınmayacaq. O, həmçinin müxtəlif ölkələrin hüquq-mühafizə qurumları ilə mövcud beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti