Bakı. Trend:
Polşa prezidenti Karol Navrotski NATO-nun şərq cinahında alyansın həyata keçirdiyi "Eastern Sentry" hava məkanının müdafiə əməliyyatı ilə əlaqədar xarici qoşunların ölkədə qalmasına icazə verən qərar imzalayıb.
Trend-in məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu "X" sosial şəbəkəsində yazlb.
"Polşa Respublikasının Prezidenti Karol Navrotski “Eastern Sentry” əməliyyatı çərçivəsində NATO-ya üzv dövlətlərin xarici qoşunlarının Polşaya əlavə olaraq Polşa Respublikası ərazisində olmasına razılığını ifadə edən qərar imzalayıb", - deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Eastern Sentry” əməliyyatına başladığını elan edib.