Bakı. Trend:
Türkiyə Silahli Qüvvələri Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, sentyabrın 15-də Baş Qərargah rəisi Nuri Paşanin komandanliği ilə Qafqaz İslam Ordusunun Bakiya gəlişi və Bakinin bolşevik işğalindan azad edilməsinin 107-ci ildönümü münasibətilə anım mərasimində iştirak edəcək.
Anım mərasimi Türkiyə və Azərbaycan şəhidliklərində keçiriləcək.