Bakı. Trend:
Kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olub.
Trend xəbər verir ki, final görüşündə Türkiyə və Almaniya yığmaları qarşılaşıb. Matç 88:83 hesabı ilə Almaniya millisinin qələbəsi ilə yekunlaşıb və komandaya Avropa çempionluğu qazandırıb.
Üçüncü yer uğrunda oyun isə Yunanıstan və Finlandiya komandaları arasında baş tutub. Yunanıstan millisinin 92:89 hesablı qələbəsi ilə turnirdə üçüncü yeri tutub.
Hər iki qarşılaşma turnirə ev sahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena”da keçirilib.