...

Belarus şirkəti Azərbaycanda suyun təmizlənməsi üzrə irimiqyaslı layihələr həyata keçirməyi planlaşdırır (ÖZƏL)

Energetika Materials 15 Sentyabr 2025 14:17 (UTC +04:00)
Belarus şirkəti Azərbaycanda suyun təmizlənməsi üzrə irimiqyaslı layihələr həyata keçirməyi planlaşdırır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun “Polymer Construction” şirkəti Azərbaycanda fəaliyyətini aktivləşdirir və içməli və çirkab suyun təmizlənməsi sahəsində bir neçə iri layihə gerçəkləşdirməyi planlaşdırır.

Bu barədə Trend-ə “Polymer Construction” şirkətinin baş direktoru Yevgeniy İvanov açıqlama verib.

O qeyd edib ki, ötən ilki sərgidəki uğurlu debütun ardınca şirkət əməkdaşlığı möhkəmləndirməyə davam edir və ölkədə bir neçə yeni obyektin istismara verilməsinə hazırlaşır.

“Azərbaycan xalqı belaruslar üçün qardaş xalqdır, elə ona görə də Belarus və Rusiyada tətbiq etdiyimiz həlləri və texnologiyaları Azərbaycanda da tətbiq etmək istəyirik”, -deyə E. İvanov bildirib.

O bildirib ki, şirkət yüksək ekoloji normaların qorunması ilə Azərbaycanda içməli və çirkab suyun təmizlənməsi sferasında, eləcə də suvarmaq və təkrar istifadə üçün su ehtiyatlarının qorunub saxlanılmasında böyük potensial görürür.

Baş direktorun sözlərinə görə, “Polymer Construction” hal-hazırda hazırlıq mərhələsindədir – Azərbaycanda təqribən beş obyekt üzrə texnologiyaların işlənməsi və layihə sənədlərinin hazırlanması aparılır. Yaxın vaxtlarda işlərin fəal başlanması nəzərdə tutulur.

O xatırladıb ki, “Polymer Construction” yalnız mühəndislik deyil, həm də istehsalat şirkətidir və tam təchizat dövrünü təmin etməklə yanaşı, həyata keçirilən obyektlərə görə məsuliyyət daşıyır. 24 il ərzində şirkət 1200-dən çox layihəni icra edib ki, bu da həmin yanaşmanın səmərəliliyini təsdiqləyir.

“Vətənə qayıtdıqdan dərhal sonra layihələrin icrasına başlayacağıq. Uğur hər iki tərəfin əməkdaşlığından asılı olacaq və biz tezliklə səmərəli tərəfdaşlığa ümid edirik. Şirkət növbəti sərgidə artıq ya həyata keçirilmiş obyektləri, ya da istehsal və tikinti mərhələsində olan layihələri təqdim etməyi planlaşdırır”, - deyə Y.İvanov yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti