...

SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb

Energetika Materials 15 Sentyabr 2025 12:26 (UTC +04:00)
SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8% artıb.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir.

Məlumata görə, şirkət üzrə neft in hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əmək haqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafi zə xərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkil edir.

2023-cü ildə 1000 m3 qazın fakti ki istehsal maya dəyəri 80,25 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 4,22 manat və ya 5,5% artıb.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,6%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,4%, əmək haqqı xərcləri 13,0%, sosial sığortaya ayırmalar 3,0%, əsas vəsaitlərin amorti zasiyası 17,0%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,4%, nəqliyyat xərcləri 13,1%, mühafizə xərcləri 2,3%, mədən vergisi 16,2%, digər vergilər 4,0%, digər xidmətlər üzrə xərclər 12,2%, digər xərclər isə 2,4% təşkil edir.

Qazın hasilatına, “Azərkontrakt” SC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrə satı lan 1000 m3 qazın fakti ki xərci 176,82 manat təşkil edib.

Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Bildirilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş verib. Belə ki, yanacaq xərclərinin 108 min manat (4,0%), elektrik enerjisi xərclərinin 886 min manat (12,6%), əmək haqqı xərclərinin 12185 min manat (8,0%), sosial sığorta xərclərinin 2203 min manat (6,4%), əsas vəsaitlərin amorti zasiya xərclərinin 29419 min manat (15,9%), nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 min manat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%) və digər xərclər 8752 min manat (27,2%) artıb.

Qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş verib. Keçən ilə nisbətən əmtəəlik qaz hasilatı 700738 min m3 və ya 13,1% az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti