...

Prezident İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib

Siyasət Materials 15 Sentyabr 2025 11:01 (UTC +04:00)
Prezident İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedran və xanım Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram."

Xəbər lenti

Xəbər lenti