...

Bu il 70 min müəllimin maaşı artırılıb – Nazir müavini

Cəmiyyət Materials 15 Sentyabr 2025 10:00 (UTC +04:00)
Bu il 70 min müəllimin maaşı artırılıb – Nazir müavini
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərimizə baxdıqda hamı mənimlə razılaşar ki, onlar xoşbəxt vətəndə böyüyürlər və gələcəyi bizim əlimizdədir, məktəbin əllərindədir.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 151 nömrəli tam orta məktəbdə keçirilən “Bilik Günü” tədbirində deyib.

“Bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin Konstitusiya və Suverenlik ilində məktəbə başlamaları xüsusilə qürurvericidir. Bu, onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar”, - deyə nazir müavini qeyd edib.

O bildirib ki, bu il 70 min müəllimin əməkhaqqı artırılıb:

“İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını görürük.

151 nömrəli məktəb nəticələrinə görə, Nəsimi rayonu üzrə 4-cü yerdədir. Bu nailiyyət burada çalışan müəllimlərin, kollektivin zəhmətinin nəticəsidir”.

Xəbər lenti

Xəbər lenti