...

Yeni tədris ilində məktəb yaxınlığında tıxacların qarşısı alınır

Cəmiyyət Materials 15 Sentyabr 2025 08:23 (UTC +04:00)
Yeni tədris ilində məktəb yaxınlığında tıxacların qarşısı alınır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin yaxınlığında sıxlıq və tıxacların yaranmaması üçün tədbirlər görürlər.

Trend xəbər verir ki, bu məqsədlə səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq olunur.

Eyni zamanda, nəqliyyat axınında sıxlığa səbəb olan halların aradan qaldırılması üçün NİİM əməkdaşları yol polisi ilə mütəmadi əlaqə saxlayırlar.

Xəbər lenti

Xəbər lenti