Bakı. Trend:
Çinli tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə bilən eksperimental inyeksiyanı uğurla sınaqdan keçiriblər.
Trend xəbər verir ki, işin nəticələri "Cell" jurnalında dərc olunub.
Yeni dərman immunitet sistemini aktivləşdirərək toxumalarda toplanan və fəaliyyətini pozan qocalmış hüceyrələri məhv etməyi hədəfləyir. Tədqiqat zamanı genetik modifikasiya edilmiş kök hüceyrələrin tətbiqi açıq cavanlaşdırıcı təsir göstərib.
12 həftəlik testlərdə beyin fəaliyyəti, yaddaş, əzələ toxuması, reproduktiv funksiya və daxili orqanlarda irəliləyişlər müşahidə olunub. Xarici əlamətlər də qeydə alınıb – dərinin və saçların bərpası qeyd edilib. Alimlər bu effekti təxminən 7 illik "cavanlaşmaya" bərabər tuturlar.
Tədqiqatçılar bildirirlər ki, iş hələ erkən mərhələdədir və yanaşmanın effektivliyi ilə təhlükəsizliyini təsdiqləmək üçün daha geniş klinik sınaqlara ehtiyac var.