...

Limanlarda gəmilərin giriş-çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb

İqtisadiyyat Materials 15 Sentyabr 2025 10:35 (UTC +04:00)
Limanlarda gəmilərin giriş-çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-sabit hava şəraiti səbəbindən limanlarda gəmilərin giriş-çıxışına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Qeyd edək ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün limanlara giriş və çıxış bağlanmışdı.

Bir neçə gündür, ölkə ərazisində dəyişkən hava müşahidə edilir. Hava proqnozuna əsasən, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti